“2018-ci il böyük nailiyyətlərlə zəngin olub”

"2018-ci il Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında böyük nailiyyətlərlə, əlamətdar tarixi hadisələrlə zəngin olub.

Ötən il Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi təntənə ilə qeyd edilib. Aprel ayında keçirilən növbəti Prezident seçkilərində müdrik xalqımız ən düzgün seçimini edərək, İlham Əliyevi yenidən dövlət başçısı seçib. Bu seçimi ilə Azərbaycan vətəndaşları milli maraqlara uyğun aparılan siyasət nəticəsində ölkədə bərqərar olmuş ictimai-siyasi sabitliyi, dayanıqlı və dinamik inkişafı, xalq-iqtidar birliyini dəstəklədiyini növbəti dəfə nümayiş etdirib. Prezident seçkilərindən sonra dövlətimizin başçısı hökumətin yeni tərkibini müəyyənləşdirib, qarşıda duran strateji vəzifələri və hədəfləri bəyan edib".

Bu fikri Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyətinə dair illik hesabatını təqdim edərkən bildirib.

Baş nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan və yeni dövrün çağırışlarına cavab verən praqmatik xarici siyasət, beynəlxalq münasibətlər sistemindəki mövcud gərginliklərə baxmayaraq, dövlətimizin nüfuzunun daha da yüksəlməsinə və Azərbaycanı dəstəkləyən ölkələrin sayının artmasına zəmin yaradıb.

“Hesabat dövründə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin başlıca prioriteti olaraq qalıb və münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilə biləcəyi bir daha dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb. İkitərəfli və çoxtərəfli formatlarda qəbul edilən sənədlərdə dövlətimizin suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstək ifadə edilib. Bu baxımdan Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri” adlı sənəd düşünülmüş sistemli fəaliyyətin əsas tərkib hissələrindən biri kimi çox əhəmiyyətlidir”,- deyə Novruz Məmmədov vurğulayıb.

Baş nazir qeyd edib ki, ötən ilin may ayında Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə reallaşan “Cənub Qaz Dəhlizi”nin açılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmizin vacib rolunu bir daha nümayiş etdirdi. Bunun ardınca Türkiyədə dövlət başçılarının iştirakı ilə nəhəng layihə – TANAP-ın rəsmi açılış mərasimi özünün geosiyasi və geoiqtisadi əhəmiyyəti ilə bərabər, Azərbaycan-Türkiyə qardaşlığının və tərəfdaşlığının növbəti nümayişi olub.

Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin bilavasitə rəhbərliyi altında Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi ilə bağlı aparılan uzunmüddətli və gərgin danışıqlar 2018-ci ilin avqustunda uğurla yekunlaşdı və dövlətimizin maraqlarını özündə əks etdirən Konvensiya imzalanıb.Azadinform

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

24.03.2019

23.03.2019

22.03.2019

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az