Problemli kreditlərə görə təzminat alacaq şəxslərin SİYAHISI açıqlandı

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) problemli kreditlər üzrə təzminat alacaq bütün vətəndaşların siyahısını rəsmi saytda (https://pk.fimsa.az/) açıqlayıb.

Bunu Mediainfo.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından bildiriblər.
 

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat katibi Elşən Allahverdiyev Modern.az-a bildirib ki, portalda problemli kreditlərin sorğulanması bölümündə yenilənmə işləri başa çatıb:

“Saytda “Kompensasiya məbləğinin sorğulanması” bölümündə bəzi vətəndaşlar öz məlumatlarını daxil edərkən, “məlumatlarınız yenilənir” cavabını alırdı. Bu gündən etibarən məlumatlar yenilənib. Fərmanla adları kompensasiya, yaxud restrukturizasiyaya düşənlərin adı “Kompensasiya məbləğinin sorğulanması” bölümündə var. Fəliyyətdə olan və bağlanmış banklardan kredit götürən və fərmandan yararlanacaq şəxslər həmin bölümdə məlumat əldə edə bilərlər”.

E.Allahverdiyev qeyd edib ki, Fərman milyona yaxın əhaliyə şamil olunur.
 

Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb. Fərmana əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş borclarına güzəştlərin tətbiq edilməsi nəzərdə tutulub.

 

Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2019

17.04.2019

16.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az