Azərbaycanın avtomatlaşdırılmış sosial yardım sistemi beynəlxalq səviyyədə təqdir edilir

Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycanda sosial sahədə elektron texnologiyaların geniş tətbiqi nəticəsində əldə olunan nailiyyətlər beynəlxalq səviyyədə uğurlu təcrübə nümunələri kimi yüksək dəyərləndirilir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) tərəfindən 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sisteminin xüsusi mükafata layiq görülməsi bunun növbəti təzahürüdür.

Ölkəmizdə icra olunan ünvanlı dövlət sosial yardımı proqramı aztəminatlı ailələrin sosial müdafiəsində mühüm rola malikdir. Azərbaycanın öz mütəxəssisləri tərəfindən hazırlanaraq tətbiq edilən elektron sosial yardım sistemi bu proqramın icrasında ünvanlılığın təminatına, yardım alınması üçün müraciət və təyinat prosesinin məmur-vətəndaş kontaktları olmadan, tam şəffaf həyata keçirilməsinə imkan yaradıb. Digər tərəfdən, proqramın icrasının, bu sahədə xidmətlərin və idarəçiliyin operativliyi, sosial yardım sisteminin aztəminatlı ailələrə daha əlçatan olması təmin edilib.  

Hər hansı vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız e-qaydada müraciət edərək, ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları e-sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur.

Hazırda nazirlik tərəfindən ünvanlı dövlət sosial yardımı sisteminin, o cümlədən bu sahədə elektron infrastrukturun  təkmilləşdirilməsi istiqamətində də işlər aparılır.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az