“Azərbaycan siyasi cəhətdən sabit və möhtəşəm investisiya mühiti olan ölkədir"

"LUKOIL Azərbaycana böyük investisiya yatırmaqda maraqlıdır".

Mediainfo.az-ın verdiyi xəbərə görə, bunu APA-nın Rusiya bürosuna müsahibəsində LUKOIL şirkətinin prezidenti, Azərbaycan əsilli rusiyalı milyarder Vahid Ələkbərov deyib.

O, Azərbaycanın siyasi cəhətdən sabit ölkə olduğunu bildirib: “Azərbaycanın sabit qanunvericiliyi var. Ölkədə möhtəşəm investisiya mühiti yaradılıb. Ona görə də Azərbaycandakı mövcudluğumuzu daha da artırmaqda maraqlıyıq”.

LUKOIL prezidenti rəhbəri olduğu şirkətin Azərbaycandakı layihələrindən və Azərbaycan Dövlət Neft Şirkəti - SOCAR-la əməkdaşlığından da danışıb: “Biz hazırda SOCAR-la “Ümid və “Babək” yataqları layihəsi üzərində işləyirik. Bu layihəyə daxil olmaqda maraqlıyıq. Hazırda texniki və iqtisadi məsələlər müzakirə olunur. Əgər hər iki tərəf iqtisadi sahədə anlaşsa, o zaman biz Azərbaycana nəhəng investisiya qoymaqda maraqlıyıq”.  

V. Ələkbərov LUKOIL və SOCAR arasında birgə layihələrdən başqa da əməkdaşlığın mövcud olduğunu söyləyib: “Biz SOCAR-la öz fəaliyyətimizi dünya bazarında koordinasiya edirik. Bundan əlavə, LUKOIL “SOCAR Türkiyə”nin neft məhsulları emal edən zavodunun nəhəng təchizatçısıdır”.

 
Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az