ETSN-da 9 vakant yerə 81 nəfər ərizə verib

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mərkəzi icra hakimiyyəti və məhkəmə hakimiyyəti orqanları olmaqla ümumilikdə 11 dövlət orqanında inzibati dövlət qulluğu vəzifələrinin A (2 vəzifə) və B (56 vəzifə) növünə aid 58 vakant vəzifənin tutulması üçün mayın 16-da elan olunmuş müsabiqənin müsahibə mərhələsinə namizədlərin ərizə qəbulu davam edir.

Mediainfo.az-a DİM-dən verilən xəbərə görə, iyunun 8-nə olan məlumata görə, müsahibədə iştirak etmək üçün 184 nəfər ərizə verib. Ən çox müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyində (9 vakant yerə 81 namizəd) qeydə alınıb.

Qeydiyyat iyunun 14-dək davam edəcək.

Müsabiqəyə təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları mərkəzin internet portalında yerləşdirilib. Namizədlər əldə etdikləri sertifikata uyğun olan müsahibələrdə iştirak edə bilər. Müsahibədə iştirak üçün namizədlər iyunun 14-ü saat 18:00-dək “Dövlət qulluğu üzrə müraciət Forması”nı (https://eservices.dim.gov.az/dqq/Home/Login) doldurmaqla qeydiyyatdan keçməli və elan müddətində formaya daxil etdiyi məlumatlarda, sənədlərdə dəyişikliklər olduğu təqdirdə müvafiq düzəlişlər etməlidir.

Qeyd edək ki, müsahibəyə çıxarılmış 58 vakant vəzifənin 2-si 4-cü təsnifata, 25-i 5-ci təsnifata, 4-ü 6-cı təsnifata, 27-si isə 7-ci təsnifata aid olmaqla, 2-si AB, 25-i BA, 31-i isə BB vəzifə qrupuna aiddir.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az