Naftalan Regional Bərpa Mərkəzi yenidən qurulur

Əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi, bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulması Prezident  İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki Əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.

Müəssisə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşmaqdadır və Mərkəz yaxın aylarda istifadəyə veriləcək.

Burada əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların müalicə idmanına cəlb olunması, onlarda  gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər aparılacaq.

Çox oxunan xəbərlər
Son xəbərlər

24.06.2019

23.06.2019

22.06.2019

21.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az