Vergilər nazirliyində 34 nəfər işdən qovulub

2018-ci il və 2019-cu ilin 1-ci rübü ərzində yerli vergi strukturlarında aparılmış kompleks audit tədbirləri zamanı aşkar edilmiş müxtəlif faktlar üzrə 34 nəfərin vergi orqanlarında fəaliyyətinə xitam verilib, 11 əməkdaş vəzifədən kənarlaşdırılıb”.

Mediainfo.az-a Vergilər Nazirliyindən verilən xəbərə görə, vergi sistemində şəffaflığın təmin olunması, korrupsiya və mənimsəmə hallarına qarşı mübarizənin aparılması istiqamətində tədbirlər davam etdirir. Bir müddət əvvəl Vergilər Nazirliyi Baş Prokurorluqla birlikdə bir sıra ərazi vergilər idarələrinin fəaliyyətlərinin yoxlanılması zamanı aşkar edilmiş qanun pozuntularına dair məlumat yayaraq, bu pozuntulara yol vermiş vergi əməkdaşları barədə cinayət işinin açıldığını bildirib. Aparılan yoxlamaların məqsədi yerli maliyyə şöbələrindən daxil olmuş vergi və dövlət rüsumlarına dair ödəniş sənədlərinin düzgün işlənib-işlənməməsini araşdırmaq olub. Araşdırmalar zamanı bir sıra vergi əməkdaşları tərəfindən ödəniş məbləğlərinin ayrı-ayrı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə qeyd etməklə sonunculardan nağd şəkildə alıb mənimsəməsi müəyyən edilib. Vergilər Nazirliyi mənimsəməyə yol vermiş əməkdaşların vergi xidmətində fəaliyyətinə xitam verib, eyni zamanda aşkar olunmuş faktları toplayaraq, hüquqi qiymət verilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsinə göndərilib. Təkcə 2018-ci il və 2019-cu ilin 1-ci rübündə korrupsiyaya qarşı mübarizə tədbirləri çərçivəsində 24 nəfər barədə 14 material hüquq-mühafizə orqanlarına təqdim edilib.

Vergilər Nazirliyinin Daxili təhlükəsizlik departamentinin baş direktoru Cavanşir Nuriyev bildirib ki, bu proses daim davam edir və vergi xidməti əməkdaşlarının fəaliyyətinin effektivliyinə, qanunvericiliyə uyğun icrasına nəzarət olunur: “Aşkar edilmiş hallar müxtəlif xarakterlidir və yalnız rüşvətalma faktları ilə məhdudlaşmır. Bəzi hallarda vergi əməkdaşlarının himayəçilik etməsi, yaxud vergidən yayınmaq üçün ayrı-ayrı şəxslərə kömək etməsi, bəzən maraq toqquşmasına yol verilməsi və vergi qanunvericiliyinin tələblərinin düzgün tətbiq olunmaması nəticəsində yaranmış risklərlə bağlı hallar qeydə alınıb”.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az