Sahibkarlar üçün kommunal xidmətlərlə bağlı maarifləndirici tədbir olacaq

İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə iyunun 12-də saat 11.00-da sahibkarlar üçün kommunal xidmətlərə qoşulma prosedurlarına dair onlayn maarifləndirici tədbir keçiriləcək.

Mediainfo.az-ın verdiyi xəbərə görə, onlayn tədbirdə “Azərişıq”, “Azərsu”, “Azərenerji” və “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” səhmdar cəmiyyətlərinin, “Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri kommunal xidmətlərə qoşulma sahəsində qanunvericiliyə edilmiş dəyişikliklər barədə məlumat verəcək, bu xidmətlərə qoşulma prosedurları barədə sahibkarların suallarını cavablandıracaqlar.

Tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyuter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 595106533):

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/595106533 linkinə daxil olmaqla;

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 13 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstərəcəkdir.

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az