Ağsuda avtomobil körpüyə çırpılaraq, çaya yuvarlandı

 

Bu gün gecə saat 02:00 radələrində Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Bakı-Şamaxı-Yevlax yolunun 160-cı kilometrliyində, Ağsu çayı üzərində Ağsu rayon sakini, 1986-cı il təvəllüdlü Tariyel Ağayevin idarə etdiyi VAZ-2107 markalı avtomaşın yüksək sürətlə hərəkət edərkən idarəetməni itirərək körpüyə çırpılıb. Körpünün məhəccərlərini qıran avtomobil 50 metr yüksəklikdən çaya düşüb. Hadisə nəticəsində T.Ağayev və sərnişinlər – 24 yaşlı Sərxan Hüseynov, 15 yaşlı Ramal Nuriyev və 16 yaşlı Kamran Qəribov ağır dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az