Azərbaycanda 16 iyulun kriminal xronikası

Dünən gün ərzində 42 cinayət faktı qeydə alınmışdır

 

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 42 cinayət faktı qeydə alınmış, onların da 20-si “isti izlər”lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 1 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 3 nəfər ölmüş, 27 nəfər isə yaralanmışdır.

11 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur. 

İyulun 15-də Əliağa Cəbrayılovu bıçaqla qətlə yetirmiş Səhrai Rafayel tutulmuşdur

16.07.2012

Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Əliağa Cəbrayılovu bıçaqla qətlə yetirib hadisə yerindən qaçmış Səhrai Rafayel tutulmuşdur.

Bakı şəhər sakini Niyaz Həsənova qarşı zor tətbiq edərək çantasını əlindən almış Ş.Məmmədov və Y.Hacıyev tutulmuşlar

16.07.2012

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 16-da Bakı şəhər sakini Niyaz Həsənova qarşı zor tətbiq edərək içərisində geyim əşyaları olan çantasını ondan almış həmyerliləri Şirvan Məmmədov və Yusif Hacıyev tutulmuşlar.

Zamiq Alıyevə məxsus mağazadan oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini Ülvi Tağıyev tutulmuşdur

16.07.2012

İyulun 16-na keçən gecə Xətai rayonu ərazisində Bakı şəhər sakini Zamiq Alıyevə məxsus mağazadan 4 ədəd mobil telefon və yaddaş kartları oğurlanmışdır. 
Xətai RPİ 34-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ülvi Tağıyev tutulmuşdur.

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.07.2012

İyulun 16-da saat 23.00 radələrində Yevlax rayonu ərazisində Ağdaş rayon sakini Ramin Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı və Şəki rayon sakini Məhəmməd Yusifovun idarə etdiyi "Opel" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə R.Əhmədov hadisə yerində ölmüş, xəsarət almış sərnişinləri, qardaşı Elçin, onun oğlu Əhməd, həmyerliləri Arzu Maqsudov, Aygün İsgəndərova, habelə M.Yusifov xəstəxanaya yerləşdirilmişlər.
Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Binəqədi rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini R.Şirəliyev vurulmuşdur

16.07.2012

İyulun 16-da saat 22.00 radələrində Binəqədi rayonu A.Zeynallı küçəsində  müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Rüfət Şirəliyev vurulmuşdur. Nəticədə xəsarət almış R.Şirəliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır. 
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.  

Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.07.2012

İyulun 16-da saat 11.20 radələrində Yasamal rayonu ərazisində 188 saylı xətt üzrə hərəkət edən avtobusu idarə edən şəxsiyyəti müəyyən edilməmiş sürücü, onu maneəyə vurmuş və hadisə yerindən qaçmışdır. Nəticədə xəsarət almış sərnişinlər - Bakı şəhər sakinləri Səadət Səlimovaya, Kamil Səlimova, İlkin Qasımova, Leyla Yəhyayevaya, Seyranə Məmmədovaya, Elmira Həsənovaya, Gültəkin İsgəndərovaya və Beyləqan rayon sakini Məhbubə Nəcəfovaya xəstəxanada ilkin tibbi göstərildikdən sonra buraxılmışlar. 
Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Balakən rayonunun İtitala kəndi ərazisində bədbəxt hadisə

16.07.2012

İyulun 16-da Balakən rayonunun İtitala kəndi ərazisində Hənifə kənd sakini Rəşid Tosov ekskavatorla yük avtomaşınına qum yükləyərkən ekskavatorun çalovu çayda çimən kənd sakini Vahid Hacıyevin üstünə düşmüşdür. V.Hacıyev hadisə yerində ölmüşdür.

Meyiti su kanalından tapılmış N.Ağayevanın ölümündə təqsirli bilinən R.İsrafilov tutulmuşdur

16.07.2012

İyulun 16-da Masallı rayonunun Lürən kənd sakini, azyaşlı Nuray Ağayevanın boğularaq qətlə yetirilmiş meyiti kəndin ərazisindən keçən su kanalında tapılmışdır.
Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Ramin İsrafilov tutulmuşdur.

Oğurluq məqsədi ilə gəldiyi mağazanın sahibinə bıçaqla xəsarət yetirmiş Bakı şəhər sakini E.Səfərov tutulmuşdur

16.07.2012

İyulun 13-də Lökbatan qəsəbəsinin ərazisindəki ticarət mərkəzində Quba rayon sakini Arzu Ağagülova məxsus mağazadan gümüş boyunbağını oğurlamış Bakı şəhər sakini Emin Səfərov müşahidə kameraları tərəfindən qeydə alınmışdır. 
E.Səfərovun iyul ayının 16-da mağazaya gəldiyini görmüş A.Ağagülov onu tutmağa cəhd göstərərkən Emin ona bıçaqla qol nahiyəsindən xəsarət yetirib qaçarkən Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış və Qaradağ RPİ 10-cu PB-yə təhvil verilmişdir.

Fuad Novruzova məxsus sexdən pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini K.Əliyev tutulmuşdur

16.07.2012

Nərimanov RPİ 17-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 12-də Fuad Novruzova məxsus sexdən 2.300 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Kamran Əliyev tutulmuşdur.

Bəylər Yarəhmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş şəxs müəyyən edilmişdir

16.07.2012

Qaradağ RPİ 38-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 15-də Bəylər Yarəhmədovun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin "VAZ-2107" markalı avtomaşının sürücüsü, Tərtər rayon sakini Nizami Qasımov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Yevlax rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.07.2012

İyulun 16-da saat 02.00 radələrində Yevlax rayonu ərazisində Bakı şəhər sakini Anar Cahangirov idarə etdiyi "Opel" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Cahangirov orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi

16.07.2012

İyulun 16-da saat 16.30 radələrində Qaradağ rayonu ərazisində Beyləqan rayon sakini Sahib Məmmədov idarə etdiyi "Mercedes" markalı avtomaşınla yolu keçən Emil Hüseynovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Hüseynov orada ölmüşdür.
DİN BDYPİ tərəfindən araşdırma aparılır.

Abşeron rayonu Fatmayı qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

16.07.2012

İyulun 16-da saat 20.00 radələrində Abşeron rayonu Fatmayı qəsəbəsinin ərazisində Bakı şəhər sakinləri Ziya Aslanovun idarə etdiyi "QAZ-24" markalı və Kamil Dadaşovun idarə etdiyi "Nissan" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə hər 2 sürücü və K.Dadaşovun sərnişini, Elçin Belgiyev xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.

Gədəbəy rayonu Yenikənd kənd sakini Gözəl İdrisova ehtiyatsızlıqdan sirkə turşusu içərək ölmüşdür

16.07.2012

İyulun 16-da Gədəbəy rayonunun Yenikənd kənd sakini Gözəl İdrisova evində ehtiyatsızlıqdan sirkə turşusu içmişdir. Zəhərlənmə ilə xəstəxanaya yerləşdirilmiş G.İdrisova orada ölmüşdür.

Xaçmaz rayon sakini Albert Mamalıyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür

16.07.2012

İyulun 16-da Xaçmaz rayonunun Meşəli kəndi ərazisində rayon sakini Albert Mamalıyevi elektrik cərəyanı vurması nəticəsində ölmüşdür.  

Samir İbrahimova boğaz nahiyəsindən bıçaq xəsarəti yetirmiş Xəyyam Qurbanov tutulmuşdur

16.07.2012

İyulun 16-da Nəsimi rayonu Bülbül prospektindən Samir İbrahimov boğaz nahiyəsindən bıçaq xəsarəti ilə xəstəxanaya gətirilmişdir. Hadisəni törətmiş Xəyyam Qurbanov Nəsimi Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutulmuş və Nəsimi RPİ 22-ci PB-nə təhvil verilmişdir.

O.M.

Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az