Vətəndaşları aldadaraq pulunu və torpaq sahəsini alan şəxs tutulub

Bir neçə nəfərin etimadını qazanaraq onları aldadıb pulunu və torpaq sahəsini alan şəxs tutulub. Oxumeni.az-ın  Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dələduzluq etdiyinə görə tutulan Rafiq Namazovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində, onun 2009-cu ilin may ayında Bakı şəhər sakini Təzəgül Səfərovanın, 2010-cu ilin avqust ayında Şamaxı rayon sakini Məhəmməd Ələkbərovun, sentyabr ayında Oğuz rayon sakini Sahib Cəmiyevin, oktyabr ayında Bakı şəhər sakinləri Lalə Bədirovanın və 2011-ci ilin aprel ayında Əlibala Şükürovun etimadlarını qazanaraq, müvafiq olaraq onlardan 2.000, 10.300, 12.000, 12.000 manat pul və 30 sot torpaq sahəsini alması müəyyən edilib.  Faktla əlaqədar cinayət işi başlanılıb.

O.M.
 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.11.2018

20.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az