VİDEO: "Bilsəydim, anamın da başını kəsərdim!"

Müğənni sevgilisi öldürülən qadın məhkəmədə döyüldü
Bakıda namus üstündə anasının xənəndə sevgilisini öldürən oğulun məhkəməsində qalmaqal olub. Məlumata görə, xanəndə Samir Mustafayevin qətlində təqsirli bilinən 16 yaşlı Aydın Orucovun Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesində qanlı hadisəyə səbəb olan ana döyülüb. Samir Mustafayevin anası və Aydın Orucovun atasının qohumları Aydın Orucovun anasını döyüblər. Onları ətrafdakılar sakitləşdiriblər. 
Samir Mustafayevin iyulun 12-si saat 02:00 radələrində Nəsimi rayonu, Salamzadə küçəsi, 34 ünvanda öldürülməs ilə bağlı xəbər vermişdik. 
Hadisə vaxtı hüquq mühafizə orqanının zabiti olan Aydının atası isə xidməti işi ilə bağlı ezamiyyətdə olub. Hadisəyə səbəbkar olan qadın isə evdəki pul və qızılları götürərək həyat yoldaşının səfərdən qayıtmasını gözləmədən ata evinə gedib. 
İstintaq zamanı məlum olub ki, A. Orucov gecə S. Mustafayevi evlərində görüb. Onun oğru olduğunu zənn edib və aralarında mübahisə düşüb. Nəticədə A. Orucov S. Mustafayevi bıçaqlayaraq qətlə yetirib. Araşdırmalar zamanı A. Orucovun anasının S. Mustafayevlə sevgi münasibətlərinin olması müəyyən edilib.
Qeyd edək ki, mərhum muğam ifaçısı olub.

Çox oxunan xəbərlər
Son xəbərlər

18.12.2018

17.12.2018

16.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az