“Delta Qrup C.O.” MMC-də korrupsiya faktı

“Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluqdan mətbuata daxil olan məlumata görə, “Delta Qrup C.O.” MMC-də yol verilmiş qanun pozuntuları barədə həmin cəmiyyətdən daxil olmuş materiallar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb. 

Araşdırmalar zamanı cəmiyyətin Daxili Audit Departamentinin təftişçisi Səməd Cəbrayılovun həmin vəzifədə işlədiyi müddətdə qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq maddi məsuliyyətinə verilmiş malların satışından əldə edilən 17 min 212 manat məbləğində vəsaiti mənimsəyərək cəmiyyətə külli miqdarda ziyan vurmasında əsaslı şübhələr olub. Onun barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə) və 308.1.-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir. 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2018

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az