Bolqar tələbənin güllələdiyi azəri tələbə xəstəxanada ölüb

Odessada Bolqarıstandan olan tələbənin güllələdiyi 3 azərbaycanlıdan biri bu gecə xəstəxanada dünyasını dəyişib.

Apa-nın “rbc.ua”ya istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin Odessa vilayəti üzrə İdarəsinin mətbuat katibi Alla Marçenko bildirib. A. Marçenko deyib ki, qətli törətməkdə ittiham olunan şəxs barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq  təcridxanasında saxlanılır.

Qeyd edək ki, hadisə mayın 1-də Odessa şəhəri Kiyev rayonunun Lvov küçəsində baş verib. 1 May münasibətilə keçirilən bayram tədbirində gənclər arasında mübahisə baş verib.

Tərəflər münasibətləri aydınlaşdırmaq üçün axşam görüşmək qərarına gəliblər. Onlar yerli vaxtla axşam saat 23:00-da Odessa Ekoloji Universitetinin yataqxanasının qarşısında görüşüblər və atışma başlayıb.

3-cü kurs tələbəsi olan Bolqarıstan vətəndaşı 3 azərbaycanlıya odlu silahdan atəş açıb və onları yaralayıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

26.04.2018

25.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az