Bir nəfəri öldürən, birini isə yaralayan şəxs tutulub

Binəqədi rayonunda üzərində bıçaq xəsarətləri olan kişi meyiti aşkarlanıb. Polis əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin 1997-ci il təvəllüdlü Murad Hüseynov olması müəyyənləşib.

Aparılan əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Arif oğlu Əhmədov müəyyən edilərək saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, İ. Əhmədov M. Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. R. Ağayev xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, istintaq gedir.

 
Mediainfo.az
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az