60 yaşlı qadının qətlinin bəzi təfərrüatları

Ağcabədi rayonunda ötən gecə qətlə yetirilən qadının meyiti qonşuları tərəfindən aşkarlanıb.   

Mərhum Kamilə Əhmədovanın qardaşı Kamil  Mehrəliyev Apa-nın Qarabağ bürosuna bildirib ki, bacısının Bakıda yaşayan övladları anaları telefon zənglərinə cavab vermədiyindən qonşulara zəng edərək nigaran qaldıqlarını deyiblər: “Evə gələn qonşular qapını açıq, bacımın meyitinin dəhlizdə olduğunu görüblər. Ev qan içində  olub. Bacım heç çəkmələrini də soyunmayıbmış”.

Yaxınları mərhum K. Əhmədovanın evə daxil olarkən qatil və ya qatillərlə qarşılaşdığını, onun ütü ilə başından vurularaq öldürüldüyünü ehtimal edirlər. Onlar qətlin oğurluq, qarət məqsədi ilə törədildiyini düşünmürlər. Məlumata görə, mərhumun qızılları üstündə olub.

O da bildirilib ki, K. Əhmədovanın qızı və oğlu Bakıda yaşadığı üçün o evdə tək yaşayırmış. K. Əhmədovanın evində Ağcabədidə ali məktəbdə təhsil alan tələbə qızlar kirayədə qalır. Hazırda qış tətili olduğu üçün tələbələr evdə olmayıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Mediainfo.az

Çox oxunan xəbərlər
Son xəbərlər

17.06.2019

16.06.2019

15.06.2019

14.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az