Ölümə məhkum azərbaycanlı milyarder

Babək Zəncani. 12 mart 1974-cü ildə Tehranda anadan olan milyarder indiyə qədər İran tarixinin ən müəmmalı şəxslərindən hesab edilir. Qısa müddət ərzində böyük sərvət toplamağı bacaran Zəncani sonrakı dövrlərdə İranın birbaşa hədəfinə çevrilib. Bəziləri onu fırıldaqçı, bəziləri böyük iş adamı, bəziləri isə sadəcə İran dərin dövlətinin gizli agenti hesab edirlər. Bəs əslində Babək Zəncani kimdir?

Əslən Cənubi Azərbaycanın Zəncan şəhərindən olan Babəkin həyatında dönüş nöqtəsi Haşimi Rəfsəncaninin prezident olduğu dövrə düşür. Belə ki, 1999-cu ildə Zəncani İran Mərkəzi Bankının rəhbəri Möhsün Nourbahın şəxsi sürücüsü olur. Nourbahla müəyyən müddət işlədikdən sonra Zəncani onun böyük etibarını qazanır. Onun sayəsində xeyli pul əldə edən Babək Türkiyəyə yun və qoyun dərisinin ixracına başlayır. Lakin qısa müddət sonra iflas edir. Buna əsas səbəb isə Türkiyədəki ortağının Zəncanini aldatması olur.

Nəticədə Zəncani həbs edilir. Azadlığa çıxdıqdan sonra Türkiyədə iqtisadiyyat üzrə təhsil alır. Yenidən iş həyatına atılır və İran hakimiyyətinin yuxarı təbəqəsi ilə əlaqələrini gücləndirir. İranda film təqdimatlarının birində eks-prezident Mahmud Əhmədnejad və spiker Laricani ilə görüşür.Bu görüş Zəncani üçün gözlənilməz nəticələrə səbəb olur. Qərbin sanksiyaları altında inləyən İran tezliklə Zəncaniyə öz neftinin xaricə çıxışını həyata keçirməyə icazə verir. Bu isə Zəncaninin sürətlə varlanmasına səbəb olur. Axar TV

 

Çox oxunan xəbərlər
Son xəbərlər

13.12.2017

12.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az