Rza Zərrabın işində Azərbaycan izi :Sensassiyalı iddialar

Güney Azərbaycan (İran) əsilli iş adamı Rza Zərrabın iştirakı ilə ABŞ-da keçirilən məhkəmə prosesinə təqdim olunan iddianamədə prokurorluq Zərrabın İrandan alınan neft-qazın pullarını nağdlaşdırmaq üçün Azərbaycanda 1 bank üzərindən əməliyyatlar həyata keçirdiyi, bu prosesdə ona ikisinin soyadı “Məmmədov” olan 3 azərbaycanlının yardım etdiyi qeyd olunub.Bu barədə musavat. com xəbər verib.

Davada adıçəkilən bankın 2012-ci ildə lisenziyası geri alınan “Royalbank” olduğu ehtimal edilir. Xatırladaq ki, rəhbərliyi İran vətəndaşlarından ibarət olan bu bank bağlanarkən  ölkə mətbuatında  onun İran mənşəli çirkli pulların yuyulması əməliyyatlarında iştirakçı olduğuna dair məlumatlar yer almışdı. Mərkəzi Bankın “Royalbank”ın lisenziyasının dayandırılması barədə açıqlamasında səbəb kimi qərarın “Banklar haqqında” Qanunun 16.1-ci, 16.1.6-cı, 16.1.7-ci, 16.1.8-ci, 16.1.9-cu, 16.1.16-cı və 16.1.18-ci maddələri əsasında qəbul edildiyi bildirilir. Hansı ki, qeyd olunan 16.1.9-cu maddə terrorçuluğu maliyyələşdirmə və qanunsuz pul əldə olunmasını nəzərdə tutur. Hələ bank bağlanmazdan əvvəl də onun adı İran pullarının yuyulmasında iştirakda hallanırdı. Məsələ burasındadır ki, 2004-cü ildə bankın təsisçiləri və rəhbərliyi tamamilə dəyişdirilmişdi. Bankın təsisçisi İran vətəndaşı Əli Can idi, o, təxminən 86 faiz paya malik idi. Bundan əlavə, Əli Canın xanımının və oğlunun da bankda payı vardı.

Image result for “Royalbank”

2010-cu ildə “WikiLeaks” saytında “Royalbank”ın İran pullarının yuyulmasında iştirakına dair məlumatlar yayılmışdı. Ondan sonra ölkə mətbuatında Bankın İran vətəndaşlarına irihəcmli vəsaitlərlə təchiz edilmiş 100 minədək kart payladığına dair məlumatlar da yer aldı.

Bankın “Xəzər” filialının rəhbəri Rinad Məmmədov həbs olunduqdan sonra Əli Canın Əmir Adeli adlı İran vətəndaşını İdarə Heyətinə üzv gətirərək onun vasitəsilə “İran İslam Respublikasına, Röyal Bankın orada olan qeyri rəsmi şöbəsində pulların gizli köçürülməsini” təşkil ediblər: “Başqa bir hal isə Əli Can özü şəxsən mənə təkid edirdi ki, mən İran və Norveç ikili vətəndaşlarının adına, azərbaycanlı olmadıqları halda hesab açaraq, ”Platinium” və “İnfinity” plastik kartları verməklə, onlara 100.000-150.000 ABŞ dolları kredit xətti ayırıb plastik hesabına keçirdim”.

1454487992_1454485003_xxxx00

Muxalifet.az saytının iddiasına görə R.Zərrab davasında adları keçən  3 azərbaycanlılar bunlardır: Vidadi Bədəlov (Vidali Badalov), Əhməd Məmmədov (Ahmad Mammadov) və Şamil Məmmədovdur (sənəddə Shalil Mammadov). Ehtimal olunur ki, Əhməd  Məmmədov  Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun oğludur.

Qeyd edək ki, M.Məmmədovun böyük oğlu Elmar Məmmədov qısa müddətdə (2015-2016-cı illər) Beynəlxalq Bankın İdarə Heyətinin sədri postunu tutub. Lakin 2016-cı ilin dekabrında dollar “qara bazarı”ndakı əməliyyatlara rəvac verdiyinə görə bu vəzifədən alınıb.

Musavat.com bildirir ki, Əhməd Məmmədov 1997-ci ildə mütəşəkkil cinayətkar dəstənin başçısı Hacı Məmmədovun qurbanlarından biri olub. Hacı Məmmədov onun girovluqdan azad edilməsi üçün Məmməd Məmmədovdan 850 min manat dollar pul alıb. Maraqlıdır ki, məhkəməsində Hacı Məmmədov  “Sığorta Mamed”in oğlunu oğurladığına görə peşman olmadığını da açıqlamışdı.  “Sığorta Mamed”in oğlunu oğurlamaqla ondan  Azərbaycan xalqının qisasını almışam” – deyə H.Məmmədov məhkəmədəki ifadəsində bildirmişdi.

Ə.Məmmədov 2015-ci ildə “Azər-Türk” Bankın “Mərkəz” filialının rəhbəri təyin olunub.

Çox oxunan xəbərlər
Son xəbərlər

12.12.2017

11.12.2017

Müsahibələr
Arxiv
Dekabr 2017
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az