Binədə 90 manat üstündə yeznə qaynını – Qətlə yetirdi

Bakıda qaynını öldürməkdə təqsirləndirilən Seymur Abıyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib.

İttihama görə, bu il avqustun 13-də Bilgəh qəsəbə sakini Nəzakət Bayramova Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edərək oğlu Amin Bayramovun itkin düşdüyünü, bir gün əvvəl yaşadığı evdən xəbərsiz çıxaraq geri qayıtmadığını bildirib.

İlkin araşdırmalarla Amin Bayramovun həmin gün Binə qəsəbəsində yaşayan qohumu Seymur Abıyevin evinə getdiyi və məhz bu müəmmalı gedişdən sonra sonuncu şəxs barəsində hər hansı məlumatın olmadığı müəyyən edilib.

Barəsində polis əməkdaşlarında yaranmış şübhəli məqamlara aydınlıq gətirilməsi məqsədilə Sabunçu rayon Polis İdarəsinə çağırılmış Seymur Abıyev izahatında qaynı Aminin onlara gəldiyini, şəxsi ehtiyaclarını ödəmək məqsədilə ona 90 manat məbləğində pul verdikdən sonra mənzili tərk etdiyini göstərib.

Bundan iki gün sonra isə o, cinayətin izini itirmək məqsədilə həqiqiliyi şübhə doğuran növbəti izahat verib və bununla da Amin Bayramovun itməsi faktı ilə birbaşa əlaqəsi olduğu üzə çıxıb.

Bakı Şəhər Baş Polis İdarəsi, Sabunçu rayon Polis İdarəsi və prokurorluq əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Amin Bayramovun avqustun 12-də Binə qəsəbəsində münaqişə zəminində Seymur Abıyev tərəfindən küt alətlə qətlə yetirildiyi və həyətdə basdırıldığı müəyyən edilib.

Polis və prokurorluq əməkdaşları avqustun 25-də dərhal Binə qəsəbəsinə gələrək məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirib, meyit basdırıldığı yerdən çıxarılıb. Seymur Abıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Seymur Abıyev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham edilir. O, özünü elan olunan ittiham üzrə təqsirli bilib. Etiraf edib ki, qaynı Amini öldürməkdə günahkardır. Seymur Abıyev qaynı ilə pul borcu üstündə mübahisə etdiyini və onu öldürdüyünü deyib.

Hazırda proses davam edir.(teleqraf.com)

 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.04.2018

20.04.2018

Müsahibələr
Arxiv
Aprel 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az