“Ərə getmək istədiyini dedi, atam icazə vermədi...”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ata və qızını öldürməkdə təqsirləndirilən Sahib Hacıyevin məhkəməsi keçirilib.

Hakim Samir Əliyevin icraatında olan prosesdə S.Hacıyev elan edilən ittihama münasibət bildirib. O, özünü günahkar bildiyini deyib: “Samirəmi qısqanclığa görə öldürdüm, peşmanam. Atası da onunla münasibətimi bilirdi. Samirəni öldürəndə atası da ordaydı deyə onu da vurdum. Getməmişdən əvvəl belə niyyətim yox idi”.

Mərhum Samirə Əsədovanın qardaşı Xalid Əsədov ifadə verərək atasının bu evliliyə razı olmadığını deyib: “Samirə 2016-cı ildə ərə getmək istədiyini dedi, mən razılaşdım. Amma atam icazə vermədi, Sahibi də bir neçə dəfə döyüb evdən qovmuşdu”.

S.Hacıyev qeyri-rəsmi nikah münasibətində olduğu, Abşeron rayonu Sulutəpə qəsəbəsində yaşayan 1979-cu il təvəllüdlü Samirə Əsədova və onun atası 1953-cü il təvəllüdlü Allahevrdi Əsədovu bıçaqlayaraq qətlə yetirib.(Qafqazinfo)

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az