Keçmiş polis işçisini maşın vurdu

Zaqatalada keçmiş polis əməkdaşını maşın vurub.

Yanvarın 10-u saat 20:30 radələrində Şəki-Qax-Zaqatala avtomobil yolunun Zaqatala rayonu Çobankol kəndi ərazisindən keçən hissəsində Balakən rayon sakini Şaban Ramazan oğlu Laçınov idarə etdiyi “Mercedes Vito” markalı 99 XZ 031 dövlət nömrə nişanlı kiçiktutumlu mikroavtobusla yolu keçmək istəyən piyada, Zaqatala rayonu Çobankol kənd sakini, 1969-cu il təvəllüdlü Kamal Fazil oğlu Abdilovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan Kamal Abdilov Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

MRX-dan APA-ya verilən məlumata görə, Kamal Abdilovun müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır, vəziyyəti orta-ağır qiymətləndirilir.

Qeyd edək ki, Kamal Abdilov 2016-cı ilin sonuna kimi Zaqatala rayon Polis Şöbəsində polis nəfəri kimi çalışıb, hazırda təqaüddədir.

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır./APA/

Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az