İnsan Haqları üzrə Avropa Məhkəməsi Ermənistanı cəzalandırdı

İnsan Haqları üzrə Avropa Məhkəməsi (İHAM) Ermənistanın sabiq XİN rəhbəri Aleksandr Arzumanyanın işi üzrə qərar qəbul edib.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, Arzumanyan Ermənistanda məhkəmənin 2007-ci ilin mayında onun həbsdə saxlanmasını kifayət qədər əsaslandıra bilmədiyinə görə Avropa Məhkəməsinə müraciət edib.

Avropa Məhkəməsinin qərarına əsasən, Arzumanyanın insan haqları üzrə AvropaKonvensiyasının 5 maddəsi üzrə hüquqları pozulub. Qərara görə ErmənistanArzumanyana 2000 avro dəyərində kompensasiya ödəməli, həmçinin hökumət məhkəmə xərclərini də kompensasiya etməlidir. 

Aleksandr Arzumanyan 2007-ci ilin mayında saxlanılıb və həbs olunub. Məhkəmə cinayətin ağırlığı və onun istintaqdan yayına biləcəyi riskini nəzərə alaraq belə bir qərar verib. Arzumanyanın etirazlarına baxmayaraq, qərarın müddəti həmin ilin sentyabr ayına qədər analoji səbəblərə görə dəfələrlə uzadılıb. Bundan sonra Arzumanyan azadlığa buraxılıb. 

Qeyd edək ki, Aleksandr Arzumanyan hazırda Ermənistanın Danimarkadakı səfiridir. 
Çox oxunan xəbərlər
Son xəbərlər

21.01.2018

20.01.2018

19.01.2018

Müsahibələr
Arxiv
Yanvar 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az