Bakılı qadın Ukraynanı qarışdırdı...

Ukraynada bahalı maşınlarda gəzərək, yol hərəkəti qaydalarını pozan, qəzalar törədən 26 yaşlı azərbaycanlı Elnarə Əbiyeva yerli medianın haqqında ən çox danışılan personajına çevrilib.
 
Modern.az saytı Ukrayna KİV-nə istinadən xəbər verir ki, sonuncu dəfə Lvov şəhərində tramvay yollarında avtomobil sürdüyü üçün polis tərəfindən saxlanılan Əbiyeva hadisə zamanı narkotik maddənin təsiri altında olub. Polislərin tələbinə məhəl qoymayaraq, avtomobili asayiş keşikçiləinin üzərinə sürən Əbiyeva onların xəsarət almasına səbəb olub.
 
 Daha sonra qara rəngli “Peugeot” avtomobili ilə ərazini tərk edən azərbaycanlı avtoxuliqan hələ də həbs olunmayıb. Sosial şəbəkələrdəki şəxsi profillərində isə Elnarə Əbiyeva kiçik qızı ilə Bakıdakı istirahətindən fotolar paylaşır. Hadisə ilə bağlı isə “mənim polislərə yazığım gəlmir. Mən ulduzam və ürəyimdə bir okean sevgi var” –deyə şərh yazıb.
Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az