Moskvada azərbaycanlı "vorzakon"a hökm oxundu

2 azərbaycanlı "qanuni oğru" arasında düşmənçilik var

Rusiyanın «Прайм Крайм» xəbər agentliyinin məlumatına görə, çərşənbə günü Moskvanın Nikulsk rayon məhkəməsində 46 yaşlı azərbaycanlı "qanuni oğru"ya hökm oxundu. Kriminal aləmdə Vaqif Lənkəranski kimi tanınan Vaqif Süleymanov 3 il müddətinə azadlıqdan məhrum edildi.

Xatırladaq ki, Vaqif Süleymanov 6 iyul günü Miçurin prospekti 11 ünvanında polislər tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı. Bu zaman o, hüquq-mühafizəçilərinə müqavimət göstərərək, onlardan birinin köynəyini cırdı. Onun üzəndən 4.84 qram heroin aşkarlanaraq götürüldü.

Kriminal aləmdə Ded Xasanın yaxın adamı kimi tanınan Lənkəranski tutulmasını sifariş kimi qiymətləndirir. Onun sözlərinə görə, bu, digər azərbaycanlı "vorzakon" Rövşən Caniyevin sifarişi ilə baş verib. Vaqif Süleymanov onu da bildirdi ki, ötən il həmyerlisi onu öldürtməyə cəhd edib.

Kriminal dünyanın öz qanunları var. O dünya dəmir barmaqlıqların arxasında yerləşir...

Sərvər Aslanov

O.M.




Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az