Nardaran hadisələrinə rəhbərlik edənin cəzası artırılıb

Nardaran hadisələrinə görə həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun cinayət işi üzrə yeni məhkəmə prosesi keçirilib.

 Qaradağ rayon Məhkəməsində hakim Rufan Mürsəlov sədrliyi ilə baş tutan prosesdə Taleh Bağırova hökm oxunub.

Yeni hökmə əsasən, Taleh Bağırovun 20 illik cəzasından qalmış 17 il 9 ay 13 gün yeni cəza ilə birləşdirilib.

Məhkəmə Taleh Bağırovun cəzasını artıraraq, ona 18 il həbs verib.

İttihama görə, ötən il iyulun 31-də Qobustan həbsxanasında ilahiyyatçının üzərindən yeddi ədəd “microSD” tipli yaddaş kartları aşkar edilib.

Taleh Bağırova qarşı Cinayət Məcəlləsinin 317-2-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanması) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da baş vermiş Nardaran hadisələrində təqsirləndirilərək həbs olunan “Müsəlman Birliy”i Təşkilatının rəhbəri Taleh Bağırov Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunub.

Məhkəmənin hökmü ilə Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib.

Taleh Bağırov cəzazını 7 ilini qapalı rejimdə çəkəcək.teleqraf.com

Çox oxunan xəbərlər
Son xəbərlər

21.02.2018

20.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az