Azərbaycanlılar Ukraynada ən çox cinayət törədən əcnəbi vətəndaşlardır

Ukraynada 2017-ci ildə xarici ölkə vətəndaşları 2 min 900 cinayət tərkibli qanun pozuntusuna yol veriblər.

Bunu çərşənbə axşamı yerli Milli Polis sədrinin birinci müavini Vyaçeslav Abroskin "Miqrant" əməliyyatının keçirilməsi çərçivəsində Dövlət Miqrasiya Xidmətinin nümayəndələri ilə işgüzar müşavirə zamanı deyib.

"Beləliklə, 2017-ci ildə ölkə ərazisində əcnəbilər tərəfindən 2,9 min cinayət hadisəsi törədilib. Onlardan 746-u Rusiya, 707-si Gürcüstan, 425-i Azərbaycan, 271-i Moldova, 141-i Ermənistan, 134-ü isə Özbəkistan vətəndaşları tərəfindən qeydə alınıb", - deyə o bildirib.

Onun sözlərinə görə, ötən il əcnəbilər arasında 51 qəsdən adamöldürmə, 42 ağır bədən xəsarətləri yetirmə, 25 insan alveri faktı qeydə alınıb.

Eyni zamanda, xarici ölkə vətəndaşları 111 quldur hücumu və mindən çox oğurluq hadisəsində iştirak ediblər. Bunun 1/3-dən çox hissəsi Gürcüstan vətəndaşlarının payına düşüb.

Bütün bu cinayətlərin üstü hazırda açılıb.

Sonradan Abroskin öz "Facebook" səhifəsində əlavə edib ki, 2018-ci ilin yanvar ayı ərzində əcnəbilər Ukraynada 181 cinayət işi törədiblər. Onlardan 52 qanun pozuntusu Azərbaycan vətəndaşlarının payına düşüb. Həmçinin gürcülər 36, ruslar 27, moldovalılar 23 cinayət hadisəsinin iştirakçısı olublar. Bu cinayətlər arasında 5 qəsdən adamöldürmə, 11 quldur hücumu, 14 qarət və 71 oğurluq var.report

Çox oxunan xəbərlər
Son xəbərlər

22.02.2018

21.02.2018

Müsahibələr
Arxiv
Fevral 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az