"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər"

Xəbər verdiyimiz kimi Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində insan orqanlarının qanunsuz transplantasiyası ilə məşğul olan transmilli şəbəkənin üzvü olduğu üçün tutulan Vahib Xudadatov həbs edilib. 

Sonradan məlum olub ki, həbs olunan şəxs ATV telekanalında yayımlanan, Zaur Baxşəliyevin aparıcılıq etdiyi "Öz aramızda" verilişinə çıxaraq orqan transplantasiyası üçün lazım olan vəsait toplayıb. 

Bununla bağlı BiG.AZ-a danışan vəkil Əsabəli Mustafayev aparıcı Zaur Baxşəliyevin həmin müalicə pulunun yığılmasında iştirak etdiyinə görə cinayət məsuliyyətinə cəlb olunma ehtimalının olduğunu bildirib: 

"Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb oluna bilər" Vəkildən SENSASİON AÇIQLAMA

"Müalicə pulunun yığılmasında və bu prosesdə iştirak etdiyinə görə ola bilsin ki, Zaur Bəxşəliyev cinayət məsuliyyətinə cəlb edilsin”. 

Vəkil vurğulayıb ki, əgər pulu yığıb həmin bu adama veribsə deməli o da bu orqan satışının iştirakçısıdır: “Əlbəttə bu sübut olunarsa Zaur Bəxşəliyev cinayyət məsuliyyətinə cəlb edilə bilər. İstintaqın gedişatından aslı olaraq bilinəcək ki, Zaur Bəxşəliyev bu orqan satışında iştirak edib ya yox. Bəlkə o, xeyriyyətçi kimi pulun yığılmasında iştirak edib. Bu məsələdə adamın özünün günahı var. Ola bilsin ki, Zaurun Bəxşəliyev özü bilmirdi ki, iştirakçı kimi iştirak edən şəxs bu işlə məşğuldur. Onun xeyirxahlığından da istifadə oluna bilər. Əlbəttə bütün bunlar istintaq araşdırmalarından sonra bilinəcək”.

Çox oxunan xəbərlər
Son xəbərlər

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az