Müğənni Rusiya vətəndaşına “atıb”?

Rusiya vətəndaşı olan azərbaycanlı iş adamı keçmiş sevgilisinin onun qızıllarını oğurladığını iddia edib. “Qafqazinfo”ya müraciət edın Kənan Musayev bildirib ki, 18 il əvvəl Gəncə şəhərərində tələbə ikən çörək satan Şəlalə İsmayılova ilə tanış olub və qeyri-rəsmi olaraq birgə yaşayıblar: “Jalə adlı bir qızımız oldu, onlara ev alıb verdim, özüm isə işlərimə görə Rusiyaya getdim. Ailəm də evliliyimə qarşı idi. 15 ildən sonra Bakıya qayıdıb başqa bir şəxslə rəmsi olaraq evləndim, iki övladım var. Sonradan Jaləni də ailəmin içinə gətirdim, ona ad günü etdim, hədiyyələr verdim, bu uşaqlardan ayırmadım. 

2018-ci il yanvarın 5-də Moskvadan qayıdanda birinci Jalə ilə anasının yanına getdim, onlara hədiyyələrini verdim. Həmin vaxt çemodanımda özümə və yoldaşıma məxsus 15 min manatlıq dəyəri olan qızıllar var idi. Mən Şəlaləgildə əl-üzümü yuyub çay içdim, çıxanda baxdım ki, qızıllar yoxdu. Onlar oğurlamışdı, amma əvvəl boyunlarına almadılar. Bir müddət sonra telefonla danışanda Şəlalə də, Jalə də qızılların onlarda olduğunu etiraf etdilər. Mən 16-cı Polis Bölməsinə şikayət etdim, polislər Şəlalənin evinə gedəndə o 102-yə zəng edib hay-küy salır. Sonra Nərimanov prokurorluğu dələduzluq maddəsi ilə cinayət işi açıb materialları Şəlaləgilin qeydiyyatda olduğu və faktiki yaşadığı Nəsimi rayon prokurorluğuna göndərdi.

Lakin bir neçə ay keçsə də, prokurorluq bu işi araşdırmağa başlamır. Nə məni çağırıb ifadə alırlar, nə də onları. Məndə olan məlumata görə Şəlalənin prokurorluqda tanışı var, onun vasitəsilə işə maneə olur. Özü də müğənnidir, Nəsimi rayonunda yerləşən restoranlarda çıxış edir. Mənim çemodanımdan oğurladığı yoldaşıma məxsus olan qızılları taxıb şəkil çəkdirir, instagramda paylaşır. Amma polis heç bir hərəkət etmir. Jalə də bizdə olanda həyat yoldaşımın paltarını oğurlayıb aparıb, onu da Şəlalənin əynində görəndə bildik. Bizim əlimizdə səs yazıları, fotolar – bu qədər sübutlar olduğu halda, prokurorluq xarici ölkə vətəndaşının, yəni mənim şikayətimə baxmır”.

İddialarla bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün Şəlalə İsmayılova ilə əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında bu məsələ barədə danışmaq istəmədiyini bildirib: “Bu nömrəyə zəng vurmayın. O çox qələt edir, başını da daşa döyür. Utanmaz-utanmaz ora-bura ağız açır. 17 il ərzində aliment də verməyib. Artıq heç nə danışmaq istəmirəm. Başının ağrımasını istəmirsə, bir də bu nömrəni yığma”.

Çox oxunan xəbərlər
Son xəbərlər

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az