Turistlə bağlı qanunsuzluğa görə DYP rəisi cəzalandırılıb

Bakıda turistlə bağlı yol verilən qeyri-qanuni hərəkətə görə yol polisi rəisi cəzalandırılıb, polis serjantı isə işdən çıxarılıb.

“Report”un xəbərinə görə, Səbail rayon Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) serjantı (adı açıqlanmır) turistə qarşı etdiyi qanunsuz hərəkətə görə polis orqanlarından xaric edilib.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Səbail rayon DYPŞ-nin rəisi, polis polkovnik-leytenantı Cəmşid Hənifəyevə isə şiddətli töhmət verilib.

Xatırladaq ki, Prezident İlham Əliyev Nazirlər Kabinetinin sonuncu iclasında ölkəyə turistlərin cəlb olunmasının vacibliyindən danışıb, turistləri incidənlərin, onlardan əsasız pul tələb edənlərin cəzalandırılacağını bildirib.

Çox oxunan xəbərlər
Son xəbərlər

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az