"Qanuni oğru" Bakıya göndərildi

Azərbaycanlı “qanuni oğru”, İlqar Dmanisski kimi tanınan İlqar Əliyev Rusiyadan çıxarılıb. 

Həbsxanadan çıxdıqdan sonra Rusiyada yaşaması üçün ona lazımı icazə verilməyib və o, deportasiya edilib. 

Vnukovo hava limanından Bakıya deportasiya edilən “oğru” ömürlük Rusiyaya qayıtmaq şansını itirib. Çünki Rusiya daxili işlər naziri Vladimir Kolokoltsev onunla bağlı xüsusi sərəncamı var və “qanuni oğru”nun deportasiya müddəti ömürlükdür.

İ.Əliyev 2014-cü ildə Ded Xasanın məkanı kimi tanınan “Starıy fayton” restoranındakı "sxodka"da saxlanılmışdı. “Sxodka”ya basqın edən polis onu da bir çox digər iştirakçılar kimi narkotik maddə ilə tutmuşdu. Həmin “sxodka”da narkotiklə saxlanılan 3 “oğru”dan ən çox həbs müddəti alan da məhz İlqar Əliyev olmuşdu. Həbsxanada özünü pis apardığına görə o, 4 illik məhkumluq həyatının 3 ilini Balaşov həbsxanasında keçirib. /Cebhe.info

Çox oxunan xəbərlər
Son xəbərlər

11.12.2018

10.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az