Heydər Əsədovun qardaşı ilə bağlı sensasion fakt - Milyonluq yeyintilər olub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu ilə bağlı ciddi faktlar ortaya çıxmaqdadır.
 
Səlim Müslümov nazir vəzifəsindən çıxarıldıqdan sonra Dövlət Sosial Müdafiə Fondunda yoxlamalar başlayıb. Yoxlama zamanı şok faktlar üzə çıxıb. Məlum olub ki, hər il pensiya təminatı sahəsində yüz milyonlarla vəsait mənimsənilib.
 
Unikal.org xəbər verir ki, ciddi qanun pozuntularının və yeyintilərin olduğu qurumlardan biri də ƏƏSMN yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquqi şəxslərlə iş idarəsində baş verib. 
 
Məlumat üçün bildirək ki, bu qurumun rəisi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədovdur.
 
Sayt bildirib ki, Səlim Müslümovla Heydər Əsədovun yaxın olması heç kimə sirr deyil. 
 
Onlar dostluq münasibətlərini qohumluq əlaqələri (Kirvə) ilə daha da möhkəmləndiriblər. 
 
Bu yaxınlıq səbəbindən S.Müslümov Heydər Əsədovun qardaşına fondda yüksək vəzifə vermişdi.
 
 Ş.Əsədov nazirlə yaxınlıqlarına güvənərək idarəni öz şəxsi mülkü kimi idarə edib. Belə ki, əsasən şirkətlərlə işləyən bu qurum bütün imkanlarından istifadə edərək sahibkarları təzyiq altında saxlayırmış. Hesablaşma əməliyyatlarında, eləcə də ikili mühasibatlıqla bağlı Ş.Əsədovun diqtəsindən kənar hərəkət edən şirkətləri "cəzalandırırdı”. Yəni, kim onun müəyyənləşdirdiyi "qaydalar”la işləmirdisə, açıq desək, hesabını vermirdisə, ona qarşı süni əngəllər yaradılırdı. Bir qədər də dərinə gedəndə həmin şirkətlər məhkəməyə verilirdi. Amma işbirliyi quran şirkətlər hesabını verdikdə, büdcədən milyonlarla vəsaitin yayındırılmasına şərait yaranırdı.
 
Qeyd edək ki,artıq Şiraslan Əsədovun qurduğu bu sistemlə bağlı ciddi yoxlama başlayıb. İlkin araşdırmaya görə, Dövlət Sosial Müdafiə Fondunun Hüquqi şəxslərlə iş departamentində il ərzində milyonlarla vəsaitin necə yayındırıldığı üzə çıxıb.
 
***
 
Sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun qardaşı Şiraslan Əsədovun rəisi olduğu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hüquqi şəxslərlə iş departamentində yoxlamaların aparıldığı təsdiqlənib.
 
Bu barədə Unikal.org-a departamentin rəis müavini Emin Sultanov məlumat verib. O, hazırda departamentdə yoxlamaların aparıldığını təqdiqləyib.
Çox oxunan xəbərlər
Son xəbərlər

21.09.2018

20.09.2018

19.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az