
20 saylı marşrut avtobusunda pul kisəsi oğurlanan qadın polisə şikayət edib.
“Ölkə.Az”ın məlumatına görə, Nərimanov rayonu, Ziya Bünyadov prospektində marşrut avtobusundan düşən Zərniyar Həsənova içində 300 manat olan pul kisəsinin oğurlandığını görüb. Hazırda Nərimanov RPİ-nin əməliyyatçıları qadına qarşı cibgirlik edən şəxsin axtarışlarına başlayıb. Qeyd edək ki, 20 saylı marşrut avtobusunda müşahidə kamerası olmadığından cinayətkarı tapmaq çətin olacaq.
Faktla əlaqədar Nərimanov RPİ-də cinayət məcəlləsinin 177 (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.