Bir ildə 12 əcnəbi ekstremist ölkədən çıxarılıb

Son bir ildə Azərbaycanda xaricdən idarə olunan 7 qeyri-qanuni dini icmanın fəaliyyətinin qarşısı alınıb. On iki əcnəbi ekstremist şəxs Dövlət Miqrasiya Xidmətinin köməyi ilə ölkədən çıxarılıb”.

 

Bunu “Dini radikalizmlə mübarizədə birgə fəaliyyətin təşkili və əhəmiyyəti” mövzusunda keçirilən konfransda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov bildirib. O qeyd edib ki, Dövlət Sərhəd Xidməti ilə birgə iş nəticəsində xaricdəki münaqişələrdə iştirak edən 20 ekstremist ölkəyə qayıdarkən saxlanılaraq istintaq orqanlarına təhvil verilib: “Dövlət Təhlükəsizliyi Xidməti bu gün aidiyyəti orqanlarla birgə ölkədə ekstremizm və radikallıq meyllərinin qarşısını almaq məqsədilə ardıcıl və sistemli iş aparır. Bu gün dinlə bağlı məsələlərə sırf insan hüquqları və milli-mənəvi dəyərlər prizmasından deyil, həm də təhlükəsizlik baxımından yanaşılması dövlətin hüququdur”.APA


DTX rəsmisi bəyan edib ki, din dövlətdən ayrı olsa da, dövlət ölkədəki dini duruma və vətəndaşların təhlükəsizliyinə görə bilavasitə məsuliyyət daşıyır.

Çox oxunan xəbərlər
Son xəbərlər

13.11.2018

12.11.2018

Müsahibələr
Arxiv
Noyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az