Qanunsuz ov edən şəxslər saxlanılıb

Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər Nazirliklərinin birgə tədbirlər planına əsasən qanunsuz ov etmənin qarşısını almaq məqsədilə Ağcabədi rayonu ərazisində reyd keçirilib.

Mediainfo.az saytına nazirlikdən verilən məlumata görə, reyd zamanı rayonun Üzeyir adlanan sahəsində qanunsuz ov edən iki şəxs saxlanılıb və onlardan 2 ədəd ov tüfəngi, patrondaş, 1 baş qanunsuz ovlanmış çöl donuzunun götürülüb.

Araşdırma zamanı qanun pozucularının Ucar şəhəri sakini Həsən Ələsgərov və Göyçay rayon sakini Ayaz İsmayılov olduğu müəyyən edilib və fakt müvafiq qaydada sənədləşdirilib.

Qanun pozucularının hər birinin İnzibati Xətalar Məcəlləsinə əsasən 2000 manat məbləğində cərimə edilməsi və onlara təbiətə vurduğu 220 manat məbləğində ziyan tətbiq edilməsi üçün qanunvericiliyə uyğun qaydada zəruri tədbirlər görülür.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az