Gəncədə polisi öldürən Rəşadın dəhşətli cinayətləri - Qətl, soyğunçuluq...

Xəbər verdiyimiz kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olub.
Qanlı cinayəti törətməkdə şübhəli bilinənlərdən biri iki dəfə məhkumluq həyatı yaşamış Rəşad Məmmədəli oğlu Böyükkişiyevdir.

AzVision.az-ın əldə məlumatına görə, Rəşad Məmmədəli oğlu Böyükkişiyev 12 yanvar 1988-ci ildə Gəncə şəhərində anadan olub. 19 yaşında qətl törədib və 02.10.2007-ci ildə AR CM-nin 120.1 (Qəsdənadam öldürmə) maddəsi ilə 7 il müddətinə həbs edilib. 

Həbs müddəti bitdikdən sonra Rusiya Federasiyasına gedib. Lakin orada azadlıqda çox qala bilməyib. Belə ki, həbsdən çıxdıqdan 9 ay sonra Rusiyada soyğunçuluq törədib. Nəticədə 14.07.2015-ci il tarixdə Rusiya Federasiyası CM-nin 161.2 maddəsi ilə (soyğunçuluq) 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Gəncədə polis zabitini qətlə yetirən digər şəxs - Fərrux Xəqani oğlu Qasımov kimi o, da şiə məzhəbli radikal dindardır. Mütəmadi olaraq İran İslam Respublikasına səfərlər edib.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.07.2018

21.07.2018

20.07.2018

19.07.2018

Müsahibələr
Arxiv
Iyul 2018
B.eÇ.aÇC.aCŞB
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az