Şok əməliyyat: Qulinin 30 adamı tutuldu

Ukraynanın güc strukturları azərbaycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Qulinin) kriminal klanının öz nüfuz dairəsini bu ölkədə yaymaq cəhdinin qarşısını alıblar.

 Ukraynanın Kirovoqrad bölgəsinin Svetlovodsk şəhərinin kənarında Nadir Səlifovun kriminal klanının 30 nəfər üzvü “oğru sxodkası” keçiriblər.

Ukrayna Milli polisi onların şəhər kənarında bağ evlərin birində yerini müəyyənləşdirərək zərərsizləşdirib. Tutulanlar arasında azərbaycanlıların da olduğu istisna edilmir.

Sxodka "məşhur hüquqşünas” ləqəbli "vor zakon" Xoxolun rəhbərliyi ilə keçirilirib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl də Lotu Qulinin adamı kimi tanınan, interpol tərəfindən beynəlxalq axtarışa verilmiş Emil Xəlilov Ukraynada tutularaq Azərbaycana ekstradisiya edilib. O, Ukraynada saxta sənədlərlə yaşayıb və mütəşəkkil cinayətkar qrupa rəhbərlik edib. Xəlilov Cənubi Amerikadan Avropaya narkotik daşıyan cinayətkar qrupa rəhbərlik edib. Bu yaxınlarda E.Xəlilov status qazanıb və "vor zakon” olmağa can atırmış. Unikal.org

Çox oxunan xəbərlər
Son xəbərlər

16.12.2018

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az