Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb

Dövlət Gömrük Komitəsinin əməkdaşları ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısını alıblar.

Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən məlumata görə, DGK Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə ölkənin gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin Bakı şəhərininBinəqədi rayonu ərazisində yerləşən mənzildə saxlanılaraq "Mitsubushi Pajero" markalı minik avtomobili vasitəsilə şəhərin müxtəlif ərazilərindəki tütün məmulatı və spirtli içkilər satılan pərakəndə satış məntəqələrinə paylanması barədə məlumat daxil olub.

Bu məlumat əsasında DGK Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşlarından ibarət əməliyyat qrupu Binəqədi rayonu ərazisində əməliyyat tədbiri keçirib. Bu zaman "Mitsubushi Pajero" markalı avtomobilin salonu və baqajında 10 ədəd müxtəlif ölçülü karton qutuda üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan cəmi 95380 ədəd müxtəlif adda siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

DGK Mətbuat Xidməti

 

 

 
 

 

Çox oxunan xəbərlər
Son xəbərlər

21.08.2018

20.08.2018

19.08.2018

Müsahibələr
Arxiv
Avqust 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az