İranın keçmiş vitse-prezidenti 6 il yarım azadlıqdan məhrum edilib

 İranın keçmiş vitse-prezidenti İsfəndiyar Rəhim Məşai 6 il yarım azadlıqdan məhrum edilib.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, məhkəmə cəzanın 5 ilini ölkənin daxili və xarici təhlükəsizliyinə qarşı fəaliyyətə görə təyin edib.  

Sabiq vitse-prezident açıqlanmayan daha iki ittiham üzrə isə bir il və altı ay azadlıqdan məhrum olunub. 

Qeyd edək ki, həmin ittiham üzrə İranın eks-prezidenti Mahmud Əhmədinejatın mətbuat və ictimai əlaqələr üzrə müşaviri Əliəkbər Cavanfekr 4 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, İsfəndiyar Rəhim Məşai 2005-2013-cü illərdə prezidentin müşaviri və vitse-prezident vəzifələrini tutub. O, 2018-ci ilin martında Mahmud Əhmədinejatın tərəfdarı Həmid Bakaini müdafiə etidiy üçün tutulub. H.Bakai dövlət əmlakının xərclənməsində sui-istifadəyə yol verdiyi üçün 15 il azadlıqdan məhrum olunub. Sentyabrın 11-də onun həbs müddəti daha 6 ay artırılıb.

Çox oxunan xəbərlər
Son xəbərlər

22.01.2019

21.01.2019

20.01.2019

19.01.2019

Müsahibələr
Arxiv
Yanvar 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az