Avtomobilin gizli saxlanc yerlərindən dərman vasitələri aşkar edilib

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Mercedes Benz C 180" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK Mətbuat Xidmətindən verilən məlumata görə, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində, nəqliyyat vasitəsinin sağ və sol yan karnizlərinin içindən üzərində "Etambutol" yazısı olan hər birində 10 ədəd olmaqla 566 konvalut və üzərində "Karipazim" yazısı olan 2 ədəd şüşə flakon dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 
Çox oxunan xəbərlər
Son xəbərlər

24.09.2018

23.09.2018

22.09.2018

Müsahibələr
Arxiv
Sentyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az