Bakcell müştərilərinin hüquqlarını pozmaqda, onların hesablarından qanunsuz olaraq pul silməkdə davam edir

“Bakcell”  mobil operator şirkətinin icraçı direktoru Nikolai Beckers cənablarına:
 
"Oxu məni" qəzetinin və "Medianfo.az" saytının təsisçisi və  Baş redaktoru Emin Axundov tərəfindən 
                                   Müraciət-sorğu
 Son illərdə mütəmadi olaraq  şirkətiniz tərəfindən müştəri haqqlarım pozulmaqdadır. Belə ki, dəfələrlə müxtəlif qurumlar tərəfindən Bakcell nömrəmə SMS-lər gələrək  hesabımdan pul tutulur.  Bu gün (25.IX.2018) də eyni hadisə təkrar olunub.  Məsələ ilə əlaqədar  şirkətinizin müştəri xidməti ilə əlaqə saxlamışam. Amma  müştəri xidmətindən mənə bununla bağlı cavab verən oğlan, daha sonra isə xanım (səsləri telefona yazılıb) gah nala, gah mıxa vurdu və onlardan qane edici cavab ala bilmədim. Təbii ki, əvvəllər də bununla əlaqədar dəfələrlə Bakcell müştəri xidmətləri ilə əlaqə saxlamış və haqqımı tələb etmişəm. Ancaq hər dəfə mənə qane edici cavab vermək əvəzinə günahı telefonuma sms göndərən qurumun üzərinə qoymağa cəhd ediblər. Amma maraqlıdır: Mənim telefon nömrəmi digər qurumlara kim verib və ya kim satıb? Qanunla mənim Bakcell nömrəmin gizliliyi qorunmalıdır. Amma şirkətiniz tərəfindən buna əməl edilmir. Eyni zamanda Bakcelldə olan hesabımdan mənim xəbərim olmadan nömrəmə SMS göndərən hansısa fırıldaqçı qurumun tələbi ilə pul silinməsinə hansı haqqla, hansı qanunla icazə verirsiniz? Xəbərim olmadan hesabımdan pul silinməsi hüququnu Bakcell-ə kim verib?  Biz Bakcellə pulumuzu etibar edirik, siz isə heç bir əsas olmadan, bizə xəbər vermədən hesabımızdan fırıldaqçı şirkətlərin hesabına  pul köçürürsünüz. Belə çıxır ki, siz cənab Beckers fırıldaqçı şirkətlə əlaqədarsınız.  Çünki əks halda sizə etibar etdiyimiz əmanəti qoruyar, onu bizə xəbər vermədən fırıldaqçı şirkətin hesabına köçürülməsinə imkan verməzdiniz. Bir daha qeyd edirəm ki, Bakcell-ın bu hərəkətləri Azərbaycan Respublikasının qanunlarına ziddir və vətəndaşın əmanətinə xəyanət etmək, onun pulunun fırıldaqçıların hesabına köçürülməsinə şərait yaratmaq və onlarla 
əlbir olmaq cinayət hesab edilir. Xatırladım ki, baş verən hadisə mənə münasibətdə son 6 ayda 4-cü dəfədir təkrarlanır. Onu da deyim ki,  şikayətimlə əlaqədar sizin işçiləriniz adımın qara siyahıya salındığını və bir daha nömrəmə reklam xarakterli sms və zənglərin göndərilməyəcəyini bildiriblər. Ancaq buna baxmayaraq nömrəmə sms-lər göndərilməkdə və reklam zənglər edilməkdə davam edir.  Vəziyyət belə davam edəcəyi təqdirdə Bakcell müştərilərinə müraciət edərək onların sizdən olan şikayətlərini toplayıb lazımi dövlət qurumlarına göndərməli olacağıq. Ona görə də cənab Beckers bir daha sizə xatırlatmaq istəyirəm ki, şəxsimə münasibətdə yol verdiyiniz qanun pozuntularına görə qanun qarşısında cavab  verməli olacaqsınız. Unutmayın ki, müştərilərin cibinə girməyə, sizə etibar edilən əmanətə xəyanətə, onların əmanətini xəbər vermədən başqasının hesabına köçürməyə görə qanunlarımızda sərt cəzalar nəzərdə tutulub və baş verənlərə görə məsuliyyətdən yaxa qurtara bilməyəcəksiniz. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bizim şəxsi məlumatlarımız, sizə etibar etdiyimiz əmanət barədə məlumatların gizliliyi qorunub saxlanılır və  hüquqlarımızın pozulması, gizli məlumatlarımızın başqasına ötürülməsi cinayət hesab edilir.  
Bir daha ilk növbədə Azərbaycan Respublikasının vətəndaşı, Baş redaktor və dövlətçiliyimizin maraqlarını müdafiə edən bir şəxs kimi diqqətinizə çatdırıram ki, Bakcell-də baş verən bütün bunlar mənim kimi müştərisi olduğunuz 100 minlərlə insanı dövlətdən narazı salmaq, onları dövlətə qarşı qaldırmaq cəhdləri kimi dəyərləndirilə bilər. Bakcell-in bu qeyri-qanuni hərəkətləri düşmən ermənilərin dəyirmanına su tökməkdən başqa bir şey deyil. Ona görə də qəti şəkildə tələb edirəm ki, müştəriləri saxta sms-lər göndərilməsi yolu ilə dövlətdən narazı salan və  onların, həmçinin şəxsi hesabımdan qeyri-qanuni yollarla silinən pulların qaytarılması  və günahkarların  cəzalandırılması üçün tədbirlər həyata keçirəsiniz. Əks halda saxta sms-lərlə vətəndaşın hesabından pul tutmaq yolu ilə onları dövlətdən narazı salmağa xidmət edən və  bu yolla müştərilərinizi dövlətə qarşı təxribata çəkmək cəhdlərinizin qarşısının alınması üçün  müvafiq hüquq-mühafizə orqanlarına şikayət ərizəsi ilə müraciət etməli olacağıq.
 
Emin Axundov

 

Çox oxunan xəbərlər
Son xəbərlər

10.12.2018

09.12.2018

08.12.2018

07.12.2018

06.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az