Nobel mükafatı namizədinə iki il iş verilib

Bu gün İsveç məhkəməsi tanınmış mədəniyyət xadimi Jan Klod Arnonu iki qadını zorlamada günahkar bilərək ona iki il həbs cəzası kəsib.

Mediainfo.az-ın verdiyi xəbərə görə, bu barədə Röyters agentliyinin yaydığı məlumatda bildirilir. 

Jan Klod Arno bu il ədəbiyyat üzrə Nobel mükafatı almalı idi.  Lakin baş verən qalmaqallı hadisədən sonra onun adı Nobel mükafatı laueratı siyahısından çıxarılıb.

Onu da deyək ki, Jan Klod Arnonun həyat yoldaşı Katerina Frostenson  Nobel mükafatı laueratlarının seçilməsi üzrə İsveç Akademiyasında məsul şəxslərdən biridir.

Xatırladaq ki, 2017-ci ilin payızında 18 qadın Jan Klod Arnonu onları Nobel mükafatı alacaqları barədə aldatmaqda günahlandırıb. Onlardan ikisinin Arno tərəfindən seksual zorakılığa məruz qaldıqları təsdiqlənib. Məhz buna görə də İsveç Akademiyası 2018-ci ildə ədəbiyyat üzrə Nobel mükafatını Jan Klod Arnoya verməkdən imtina edib.

Əziz Mustafa

Çox oxunan xəbərlər
Son xəbərlər

15.12.2018

14.12.2018

13.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az