“Lotu Quli” İstanbulda saxlanıldı

Türkiyədə yaşayan "qanuni oğru” Nadir Səlifov ("Lotu Quli”) İstanbulda saxlanılıb.
 
 İstanbul Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində kriminal aləmin üzvünü yaxalayaraq onu müvəqqəti təcridxanaya gətiriblər.
 
"Loti Quli” Türkiyədən Rusiyaya etdiyi tele-konfranslar vasitəsilə xərac toplamaqda ittiham olunur. Onun əsasən rusiyalı iş adamlarından vəsait topladığı bildirilir.
 
Qeyd olunur ki, Rusiyanın "Rambler. ru” saytında "Türkiyədəki oğru Rusiyadan xərac yığır” başlıqlı xəbərdən sonra İstanbul polisi hərəkətə keçib. "Lotu Quli”nin yaşadığı ünvan müəyyən edilərək evinə polis basqını təşkil olunub.
 
Hazırda "Lotu Quli” İstanbul Polis İdarəsində dindirilir. (qafqazinfo)
Çox oxunan xəbərlər
Son xəbərlər

21.10.2018

20.10.2018

19.10.2018

18.10.2018

Müsahibələr
Arxiv
Oktyabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az