Avtomobildən xeyli miqdarda dərman preparatları aşkarlanıb VİDEO)

Gömrükçülər xeyli miqdarda dərman preparatının qanunsuz yolla ölkəyə gətirilməsinin qarşısını alıblar.

Mediainfo.az-ın DGK Mətbuat Xidmətindən aldığı məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Samur" gömrük postunda Rusiya Federasiyasından gələn "Mercedes Benz V280" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Baxış zamanı Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilin ön və arxa oturacaqlarının altında xüsusi hazırlanmış örtüyün arxasından, yük yerinin qapısının içərisindən və nəqliyyat vasitəsinin alt hissəsində olan boşluqlardan gömrük nəzarətindən gizlədilmiş "Reamberin 500ml", Sonapaks 25ml", "Sumatriptan 2mg", "Veroşpiron 100mg", "Veroşpiron 50mg", "Azotioprin 50mg", "Alfluton 1ml", "Mimpara 30mg", "Piroksikam 10mg", "Kaliya xlorid 40ml", "Proрусil 50mg", "Kley BF-6 10mg", Natriya xlorid 1ml", "Qonadotropin xorioniçeskiy 5000ME", "Qonadotropin xorioniceskiy 500ME", "Çerukal5ml", "Metoklopramid 5ml" markalı olmaqla, ümumilikdə 17 adda 31072 ədəd dərman preparatları və 850 ədəd dərman preparatlarına məxsus qablaşdırma vasitələri (boş qutular və boş plastik qablar) akşar olunub.

Faktla bağlı araşdırma aparılır.

 

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi

 
Çox oxunan xəbərlər
Son xəbərlər

19.12.2018

18.12.2018

17.12.2018

Müsahibələr
Arxiv
Dekabr 2018
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az