Xəstə uşaq üçün yığılan pulu ələ keçirən "hacı" kimdir? - TƏFƏRRÜAT - VİDEO

Xəstə uşaq üçün yığılan pul fırıldaqlıqla ələ keçirilib.

 

Hadisə paytaxt sakini Rahil Cəfərovun başına gəlib. Zərərçəkmişin sözlərinə görə, bir müddətdir ki, bacısı qızı, 3 yaşlı Aylin Dadaşova leykoz xəstəliyindən əziyyət çəkir. Qızın müalicəsi üçün külli miqdarda vəsait lazım olduğundan ailə xeyirsevər insanlardan yardım istəyib və bank hesabı açıblar. Balaca qızın müalicəsi üçün müəyyn miqdar yardım toplanıb. Bir neçə gün əvvəl uşağın dayısına Rusiya nömrəsindən bir nəfər SMS yazaraq uşağın müalicəsi üçün lazım olan 50 min dollar ödəmək istədiyini bildirib.

Votsap yazışmasında özünü "hacı" kimi təqdim edən həmin şəxs daha sonra Aylinin hesab kartının nömrəsini istəyib. Rahil Cəfərov bankomat kartının şəklini çəkərək votsapla ona göndərib. Səhəri gün Rahil Cəfərov bank hesabını yoxlayarkən aldadıldığını öyrənib. O, həmin şəxsin 3 yaşlı qızın müalicəsi üçün yığılan 5 minə yaxın pulun oğurlandığını görüb.

 

Zərərçəkmiş deyir ki, sosial şəbəkədə xüsusi proqramda həmin nömrə ''Hüseyn Vaqif oğlu'' adı ilə qeyd olunub. Hazırda polis həmin şəxsin Azərbaycanda olub- olmamasını araşdırır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Çox oxunan xəbərlər
Son xəbərlər

15.06.2019

14.06.2019

13.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az