Külli miqdarda aksiz markası olmayan siqaretlərin və spirtlıi içkilərin realizə edilməsinin qarşısı alınıb VİDEO

Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumatı əsasında qanunsuz yolla gətirilən külli miqdarda siqaretlərin və spirtli içkilərin realizə edilməsinin qarşısı alınıb.

Mediainfo.az-a DGK-dan verilən xəbərə görə, keçirilmiş əməliyyat tədbiri nəticəsində Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz E270 CDI" markalı, nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Baxış zamanı avtomobilin tavanında, döşəməsində, təkərlərin içərisində və dişər yerlərində müxtəlif üsullardan istifadə etməklə gizlədilən, aksiz markası ilə markalanmayan 9580 ədəd "Marlboro Gold Edge", 2000 ədəd "Parliament Carat", 1000 ədəd "Marlboro Fine Touch", 1000 ədəd "Milano London", 600 ədəd "Malimbo one", 1200 ədəd "Parliament Super Slims", 400 ədəd "Parliament Aqua Blue", 1400 ədəd "Kent Silver" markalı, ümumilikdə 17180 ədəd siqaretlər və 4 ədəd 1 litrlik "Celsius" markalı araq, 2 ədəd 1 litrlik "Black Ram" markalı viski aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

 

 
Çox oxunan xəbərlər
Son xəbərlər

25.05.2019

24.05.2019

23.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az