Gömrükdə avtomobildə gizlədilən siqaretlər aşkarlandı

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Opel Vectra" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.

Mediainfo.az-a DGK-dan verilən məlumata görə, baxışdan əvvəl şifahi sorğu-sual edilən vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan olunmayan hər hansı predmetin olmadığını bildirsə də, yoxlama zamanı avtomobilin yük yerində gizlədilən, üzərində "King" yazısı olan 3400 ədəd tütün məmulatı aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 
Çox oxunan xəbərlər
Son xəbərlər

24.05.2019

23.05.2019

22.05.2019

Müsahibələr
Arxiv
May 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az