Qadın millət vəkilinə vəzifəli şəxs təcavüz edib

ABŞ Hərbi Hava Qüvvələrinin ilk qadın döyüş pilotu ünvanına sahib olan millət vəkili Marta Makselli etirafları ilə dünyada gündəm olub.

Millət vəkili orduda xidmət edərkən yüksək vəzifəli bir şəxs tərəfindən təcavüzə məruz qaldığını açıqlayıb.

Makselli bunu Senatda ordudakı cinsi zorakılıqlaların müzakirəsində deyib: “Bir çox cəsur qadın pilotların əksinə, mən bunu heç kimə bildirmədim. Bir çox qadın və kişi kimi sistemə güvənmirdim. Özümü günahlandırdım və utandım. Güclü olduğumu zənn edirdim, amma gücsüz hiss etdim. Ancaq karyeramın irəliləyən illərində ordu qalmaqallarla boğuşarkən bəzilərinin bilməsinə icazə verdim. Mən də həyatda qalanlardanam”.

52 yaşlı senator bildirib ki, o müddətdə yaşadıqlarını başqaları ilə paylaşmaq cəhdi səlahiyyətli şəxslər tərəfindən qəribə qarşılanıb və bu, onu qorxudub. Buna görə də 18 il xidmət etdikdən sonra Hava Qüvvələrindən ayrılmaq niyyətinə düşüb. Lakin o, təqaüdə çıxana qədər gözləyib. Beləliklə, 2010-cu ildə ordudan təqaüdə buraxılıb. Publika.az

Çox oxunan xəbərlər
Son xəbərlər

25.06.2019

24.06.2019

23.06.2019

Müsahibələr
Arxiv
Iyun 2019
B.eÇ.aÇC.aCŞB
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az