"Son bir ildə 30-a yaxın gömrük əməkdaşına cinayət işi açılıb"

Dövlət Gömrük Komitəsi Şəkidə jurnalistlər üçün təlim təşkil edib.

 "Gömrük islahatları: şəffaf gömrük, asan və sürətli ticarət" mövzusunda keçirilən təlimin açılış mərasimi martın 13-də baş tutub. Tədbirdə çıxış edən Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin rəisi Gömrük Xidmət General-mayoru Mirqasım Vahabov bildirib ki,

"Gömrük islahatları cənab prezidentin müvafiq tapşırıq və sərəncamına uyğun olaraq həyata keçirilir:
"Görülən işlər hər kəsin gözü qarşısındadır. Əlbəttə ki, gömrükdə çox böyük dəyişikliklər baş verib. İlk olaraq bu dəyişiklik Azərbaycanın milli inkişafına istiqamətlənmiş tədbirlərdir. Bu baxımdan belə görüşlərin təşkili də bizim üçün böyük əhəmiyyət kəsb edir. Jurnalistlər sərhəd- keçid məntəqələrində də olub, oradakı xidmətlərlə tanış ediliblər. Yəni hər şeyi gözlərinizlə görmüsünüz. Son bir ilin nəticəsi onu göstərirdi ki, şəffaflığı təmin etməyib, bir korrupsiyada əli olan əməkdaşlar hüquq mühafizə orqanına verilib. Son bir ildə 30-a yaxın əməkdaşımıza korrupsiya faktlarına görə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işi açılıb. Çalışırıq ki, gömrük orqanlarında çalışan minlərlə insanın hər biri əhaliyə mədəni xidmət göstərsin. Demək olar ki, bunun öhdəsindən gəlmişik. Kifayət qədər təlimlər keçirilir ki, orada da gömrük əməkdaşları da iştirak edirlər. Bu təlimlərdə də göstərilən xidmətlərlə bilvasitə tanış olacaqsınız. Son illərdə hədəflər müəyyənləşib. Cənab prezident tərəfindən təsdiqlənmiş yol xəritələri mövcuddur. Bu xəritələr ayrı-ayrı sahələri əhatə edir. Müəyyən edilən hədəflerə uyğun olaraq nəticələr də proqnozlaşdırılıb. Bir sıra qanunvericilik aktları da imzalanıb ki, burada biznes, investisiya mühitinin formalaşdırılması istiqamətində tədbirlər həyata keçirilir. Bu hədəflər yerinə yetirildikcə Azərbaycan iqtisadiyyatında artımlar müşahidə olunmaqdadır. Komitə sədrinin kifayət qədər imzaladığı sərəncamlarla ticarətin asanlaşması gömrük xidmətinin daha da yuksekdilmesi istiqamətində işlər görülür. Gömrükdə "Bir pəncərə", "Yaşıl dəhliz" sistemləri ticarətin və digər bu kimi işlərin asanlasmasına yardım edir".

Musavat.com

Çox oxunan xəbərlər
Son xəbərlər

19.03.2019

18.03.2019

15.03.2019

Müsahibələr
Arxiv
Mart 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az