Rusiyada öldürülən 33 yaşlı İlahənin qatili kimdir?

Rusiyada qətlə yetirilən 33 yaşlı azərbaycanlı qadının ölümü ilə bağlı yeni təfərrüatlar məlum olub.

Rusiyanın Xabarovsk diyarının Amursk şəhərində yaşayan əslən Masallı rayonun Xallıcallı kənd sakini, 1986-cı il təvəllüdlü İlahə Balavər qızı Quliyeva qətlə yetirilib.

İ.Quliyevanın yaxınları qətldə onun həyat yoldaşı Nazim Mahmud oğlu Quliyevi şübhəli bilirlər. Mərhumun valideynləri qeyd edir ki, əvvəllər də Quliyevlər ailəsində müəyyən mübahisələr yaşanıb, amma 2015-ci ildən etibarən bu mübahisələr daha ciddi şəkil almağa başlayıb.

Bir ildir Rusiyada yaşayan ailədə narazılığa əsas səbəb qızıl oğurluğu olub. İ.Quliyevanın valideynləri güman edirlər ki, qızı ərinin qohumu tərəfindən edilən oğurluğu sonradan ifşa etməsin deyə öldürülüb. İ.Quliyeva sonuncu dəfə valideynləri ilə martın 26-da telefonla danışıb, ölümündən bir neçə saat əvvəl öz şəklini çəkib və səsli mesajla anasına döyüldüyünü bildirib. Bundan sonra valideynlərinin İlahə ilə əlaqəsi kəsilib. Aprelin 1-də isə onun ölüm xəbəri gəlib. 3 gündən sonra İ.Quliyevanın cənazəsi Rusiyadan Masallıya gətirilib.

Mərhumun atası Balavər Mirzəyevin sözlərinə görə, Nazim Mahmud oğlu Quliyev gizlənib və günahkar olmasaydı, İlahənin cansız bədənini gətirib valideynlərinə təhvil verərdi.

İlahə Quliyevanın anası Nəzakət Muradovanı narahat edən digər məsələ bu qətl hadisəsindən sonra nəvələri - mərhumun övladları ilə də əlaqənin kəsilməsidir.
 

Valideynləri iddia edir ki, İ.Quliyevanın bədənində müxtəlif xəsarətlər yer alıb və bu, onun döyülərək öldürülməsinə işarədir. Meyitin üz, kürək və ayaq nahiyələrində zorakılıq əlamətləri olub.


Qətldə şübhəli bilinən N.Quliyevin yaxınları isə İlahənin elektrik cərəyanı vurmasından öldüyünü deyirlər. Hər iki tərəf hazırda məhkəmə-tibbi ekspertizanın nəticələrini gözləyir.

Qeyd edək ki, mərhumun 2 qızı, 2 oğlu var. 

Faktla bağlı araşdırma aparılır. (ona.az)

Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2019

17.04.2019

16.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az