Baqajını yarı yolda qoyub sərhədi keçən əcnəbi vətəndaşın əl yüklərində nələr aşkar edildi?

Azərbaycan gömrükçüləri xeyli miqdarda narkotik vasitə və psixotrop maddənin gömrük nәzarәtindәn gizlәdilmiş şәkildә ölkә әrazisinә gәtirilmәsinә cәhdin qarşısını alıblar.

Mediainfo.az-a DGK-dan verilən xəbərə förə, Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından daxil olan "Volvo" markalı, 69E20710 dövlət nömrə nişanlı sərnişin avtobusuna baxış zamanı 3 ədəd kisə və 1 ədəd əl yükünün sahibi müəyyən olunmayıb.

İran vətəndaşı olan avtobus sürücüləri həmin yüklərin pakistanlı bir şəxsə məxsus olduğunu və onun yanındakı başqa bir nəfərlə İran gömrüyündə avtobusdan enərək piyada yolla Azərbaycan Respublikasına daxil olduğunu, hazırda isə Astara gömrük postunun çıxış qapısında avtobusu gözlədiklərini bildiriblər.

Sonra şəxsiyyəti müəyyənləşdirilən həmin şəxslər, Pakistan İslam Respublikasının vətəndaşları Khan Noor Khan Jamal oğlu və Butt Amjad Javed Hussain Fazal oğlu Astara gömrük postunun avtonəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal yoxlama xəttinə dəvət olunublar. Orada Khan Noor Khan Jamal oğlu sözügedən yüklərin ona məxsus olduğunu bildirib.

Daha sonra Khan Noor Khan Jamal oğlunun iştirakı ilə ona məxsus əl yüklərinə rentgen aparatında baxış keçirilib. Baxış zamanı 3 ədəd kisənin içərisində şübhəli cizgilər müşahidə edildiyindən həmin yüklər kinoloji xidmət itinin tətbiqi ilə təkrar yoxlanılıb. "Volter" ləqəbli xidməti it kisələrə reaksiya verdiyi üçün həmin yüklər bu dəfə əsaslı şəkildə yenidən yoxlanılıb.

Nəticədə, 3 ədəd kisədə olan 39 ədəd gödəkçənin astarının içərisində cəmi 106 ədəd bağlamada, qablaşdırılması ilə birlikdə ümumi çəkisi 3 kiloqram 260 qram təşkil edən narkotik vasitə - heroin aşkarlanıb. Bununla yanaşı, adıçəkilən Pakistan vətəndaşının əl çantasında isə üzərində "Alprazolam 0.5 mg" yazısı olan 43 ədəd dərman preparatı aşkar edilib.

Xatırladaq ki, alprazolam "Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin III Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

 
Çox oxunan xəbərlər
Son xəbərlər

18.04.2019

17.04.2019

16.04.2019

Müsahibələr
Arxiv
Aprel 2019
B.eÇ.aÇC.aCŞB
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30



















free counters

free counters
Saytda yerləşdirilmiş materiallardan istifadə edərkən istinad mənbəyinin göstərilməsi zəruridir.
2010-2017 (c) Mediainfo.az | Rss | E-mail: [email protected]
Created by NetService.az